Yeni tammetrajlı bədii filmin çəkilişlərinə start verilib..
Sosial şəbəkələrdə yaradıcı heyətin paylaşdığı məlumatlara görə, filmin quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, ikinci rejissoru isə Anar Almazovdur.
Layihəni “Narimanfilm” MMC həyata keçirir.
Filmin maliyyələşməsini Azərbaycan Respublikasının Kino Agentliyi təmin edir.
Uşaq qəhrəmanların baş rolda olduğu film macəra janrındadır.