Azərbaycan Respublikasının Kino Agentliyi kino günü ilə əlaqədar olaraq hesabat videosu yayımlayıb. Videoda ARKA-nın son bir il ərzində fəaliyyət istiqaməti haqqında informasiya və statistik məlimatlar yer alıb.
Agentliyin əsas istiqamətlərindən biri ölkədə film istehsalına dövlət dəstəyini həyata keçirməkdir. Cari il ərzində bu istiqamətdə bir neçə layihə həyata keçirilib.
9 filmin istehsalı – 2.888.498 AZN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 2023-cü ildə elan olunmuş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinə müraciət etmiş layihələrdən 9-u qalib seçilərək dövlət dəstəyi əldə edib.
Azərbaycan Respublikası Kino Agentliyi 2023-cü il Film layihələri müsabiqəsinin qaliblərinin siyahısı | |||||||||
№ | Layihənin adı | Növ | Şirkət | Prodüser | Ssenari müəllifi | Rejissor | ARKA tərəfindən ödənilən məbləğ (AZN) | Şirkət tərəfindən ödənilən məbləğ (AZN) | Ümumi büdcə (AZN) |
1 | Arılar və qəbirlər | tammetrajlı bədii | SFN Production | Sevinc Əliyeva | Amil Məmiyev, Şərif Ağayar | Amil Məmiyev | 458.920 | 150.000 | 608.920 |
2 | Nargin | tammetrajlı bədii-sənədli | Karvan Production | Elməddin Alıyev | Xəyyam Abdullazadə | Elməddin Alıyev | 350.000 | 250.000 | 600.000 |
3 | Ölüm axtaran qadın | tammetrajlı sənədli | Bakı Media Mərkəzi | Orman Əliyev | Fariz Əhmədov | Fariz Əhmədov | 285.000 | 0 | 285.000 |
4 | Kür – Çaylar anası | tammetrajlı sənədli | OD Media-Production | Fariz Əhmədov | Əkbər Nəcəfli, Seyran Mahmudoğlu | Seyran Mahmudoğlu | 200.000 | 95.000 | 295.000 |
5 | Narqız | qısametrajlı animasiya | Peri Film | Rəşid Ağamalıyev | Məsud Pənahi, Nəzrin Ağamalıyeva, İsmayıl İman | Məsud Pənahi | 97.618 | 1.382 | 99.000 |
6 | Borc | tammetrajlı bədii | Bakı Media Mərkəzi | Orman Əliyev | İsmayıl İman | Orman Əliyev | 1.000.000 | 200.000 | 1.200.000 |
7 | Xəzinə | tammetrajlı bədii | Ultra Prodakşın | Pərviz Məmmədov | İsa Məlikov, Aleksandr Şur, Maksim İsayev | İsa Məlikov | 350.000 | 550.600 | 900.6000 |
8 | Kapitan və Xəzər dənizi | qısametrajlı sənədli (animasiya | Rental Azərbaycan | Emil Nəcəfov, Türkan Hüseyn | Türkan Hüseyn | Türkan Hüseyn | 87.260 | 10.200 | 97.460 |
9 | Erkən hisslər | qısametrajlı bədii | Rental Azərbaycan | Emil Nəcəfov | Nurlan Həsənli | Nurlan Həsənli | 59.700 | 0 | 59.700 |
CƏMİ | 2.888.498 | 1.257.182 | 4.145.680 |
Apellyasiya nəticəsində təsdiqlənən 5 filmin istehsalı – 1.215.350 AZN
2023-cü il iyulun 18-də elan edilmiş film layihələri müsabiqəsinin qaydalarına əsasən, yaradılan Apellyasiya Komissiyasına müraciət olunan layihələrdən 5-ə dəstək verilməsi qərara alınıb.
“Rakurs Film-Media”, “Mənə bənzər adam” – tammetrajlı bədii
“Karvan production”, “Ağalı” – tammetrajlı bədii
“Rog Vfx Studio”, “Oriondan sevgilərlə” – qısa bədii
“Vətən TV Media Şirkəti”, “Müharibənin gözləri” – qısa sənədli
“Oskar Film”, “Danışır və göstərir Şuşa” – qısa sənədli
“Birlik kinostudiyası”, “Nağıl istəyirəm!” – qısa animasiya
6 filmin post-prodakşnı – 111.113 AZN
2024-cü ilin may-iyul aylarında ARKA-nın elan etdiyi post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqəyə müraciət edən layihələrdən 6-a dövlət dəstəyi verilməsi qərara alınıb. Qeyd edək ki, ölkədə ilk dəfədir ki, post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilib.
N | LAYİHƏNİN ADI | KATEQORİYA | ŞİRKƏT | REJİSSOR | MƏBLƏĞ |
1 | Yaddaş sarayları | qısametrajlı sənədli film | “Rental Azərbaycan” MMC | Mətləb Muxtar | 11.550 |
2 | Geri dönüş | tammetrajlı sənədli film | “Karvan Production” MMC | Elməddin Alıyev | 19.948 |
3 | Səssiz zaman | tammetrajlı bədii film | “Nova Gorica Kino Mərkəzi” MMC | Tahir Tahiroviç | 29.900 |
4 | Qara pişik, ağ şanı | tammetrajlı sənədli film | “Chinar Film” MMC | Ələmdar Faiq | 17.640 |
5 | Tərsinə kölgələr | qısametrajlı bədii film | “Chinar Film” MMC | Hacıbala Səfərov | 12.075 |
6 | Sən haralısan, durna? | tammetrajlı bədii-sənədli film | “Bumeranqfilm” MMC | İlkin Yusif | 20.000 |
CƏMİ | 111.113 |
12 tələbə filminin istehsalı – 167.000 AZN
ARKA ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində fəaliyyət göstərən “Tədris-film” kinostudiyası arasında bağlanan müqaviləyə əsasən 12 tələbə filminin istehsalı üçün kifayət qədər vəsait ayrılıb.
İnam – rejissor Mirzahid Ağayev
Düşmüş mələk – rejissor Elmar Fərzəli
Tullantılar dünyası – rejissor Araz Quliyev
Balıqçı kafesində görüş – rejissor Əhməd Əhmədov
Fundament – rejissor Mohammad Hossein Alipanahi
Dəyişə biməyən adam – rejissor Fidan Babayeva
Çağırılmamış qonaq – rejissor Mirhafiz Həsənov
Starın hekayəsi – rejissor Rauf Talıbov
Şirin yuxu – rejissor Şöhlət İbrahimova
Biçilmiş don – rejissor Xəyal Abbasov
Mühafiz – rejissor Rüstəm Sadıxov
Sabah – rejissor Lamiyə Həsənova
2022-ci ildən qalmış 2 yarımçıq filmin istehsalı və 3 ssenarinin inkişafı – 185.000 AZN
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ildə keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən həll olunub.
“Hadrut, sən azadsan!” və “Himayədar” filmlərinin istehsalı – 2.579.365 AZN
“Salnaməfilm” studiyası ilə Bakı Media Mərkəzinin birgə istehsalı olan “Hadrut, sən azadsan!” sənədli filminə və Bakı Media Mərkəzinin istehsalı olan “Himayədar” çoxseriyalı bədii filmlərinə müvafiq olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və ARKA tərəfindən dəstək həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə il boyu müsabiqələr keçirməyə davam edəcək.