2 avqust — Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində TƏBİB-in və Azərbaycan Respublikasının Kino Agentliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
TƏBİB-in “Peşə günləri” layihəsi əsasında Azərbaycan Kinosu Günü münasibətilə kino sahəsində fəaliyyət göstərən şəxslər üçün Xətai Tibb Mərkəzində tibbi müayinə təşkil olunub. Peşəkar həkimlər tərəfindən yaradıcı sahə nümayəndələrinin sağlamlıq vəziyyəti yoxlanılıb, onlar laborator və diaqnostik müayinələrdən keçiblər.
Azərbaycan kinosunun inkişafında əvəzsiz rolu olan yaradıcı insanlara göstərilən diqqət və qayğı mədəni irsimizin daşıyıcılarına verilən dəyərin ifadəsidir. ARKA tərəfindən bu kimi layihələrin mütəmadi olaraq həyata keçirilməsi nəzərdə tutulur.












