Əsas ARKA-DAKİNO SƏNİ GÖZLƏYİR!

KİNO SƏNİ GÖZLƏYİR!

by editor

1 avqust 2025-ci il tarixində Azərbaycan Kinosu Günü münasibətilə təşkil edilən silsilə tədbirlər çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev adına parkın amfiteatrında açıq havada film nümayişi keçiriləcəkdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə rejissor Əli-Səttar Quliyevin “Əlvida, Şmitd!” bədii filmi nümayiş olunacaq. Filmin yaradıcı heyəti də kinosevərlərlə görüşə qatılacaq.

Saat 20:00-da başlayacaq olan tədbir ictimaiyyət üçün açıq olacaqdır.

Ünvan: Xətai rayonu, H.Əliyev adına parkın amfiteatrı

Tarix: 1 avqust 2025-ci il

Saat: 20:00

Tələs!

Kino səni gözləyir!

Əlaqədar Yazılar