Əsas ANALİTİKASSENARİSTLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUB

SSENARİSTLƏRİN PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUB

by editor

Dekabrın 24-də baş tutan görüşün iştirakçıları Ramil Ələkbərov, Pərviz Məmmədov, Nicat Dadaşov, İsmayıl İman, Elvin Paşa, Sara Hüseynova, Elxan Xanəlizadə, Ülviyyə Heydərova, Xanım Aydın, AKİ-nin icraçı katibi Əli isa Cabbarov müasir kinodramaturgiyamızın problemlərini müzakirə ediblər.

İştirakçılar əsasən ssenaristlərin sifarişçi ilə münasibətlərində çıxan problemlərə fokuslandılar. Vahid müqavilə nümunəsinin hazırlanması, peşəkarlıq səviyyəsinin artırılması üçün master-klasların təşkili, peşəkar ədəbiyyatın çapı, müəllif hüquqlarının qorunması, qonorar məsələləri müzakirənin əsas predmeti olub. Sifarişçilər tərəfindən əmək hüquqları pozulduğu halda ssenaristlərə hüquqi dəstəyin vacibliyi qeyd edildi.

İclasda iştirak edən AKİ katibi ssenaristlərə dəstək üçün nəşr edilmmiş ədəbiyyatlardan söhbət açaraq, AKİ-nin dəstəyilə Linda Segerin kitabının çapı ilə yanaşı, A.Çervinsksinin və Sid Fildin kitablarının çapının planlaşdırıldığını bildirdi, ittifaqın təşkil etdiyi ssenarist təlimləri haqda məlumat verdi.

Müzakirələr zamanı ssenaristlər arasında davamlı ünsiyyətin və qarşılıqlı dəstəyin nə qədər önəmli olduğu xüsusi olaraq vurğulandı. Qeyd edildi ki, bu sahədə sağlam inkişaf üçün ümumi mexanizmlərin formalaşması vacibdir. Ssenaristlərin real problemləri və gündəlik peşə təcrübələri ətrafında açıq dialoq üçün bir platforma olmasının və təşkilatlanmanın vacibliyi qeyd edildi. İştirakçılar hansı formada təşkilatlanma haqqında müzakirələr zamanı növbəti daha geniş formatda müzakirələrin keçirilməsinə qərar verdilər.

Əlaqədar Yazılar