Əsas FESTİVALLAR “XATIRLADIĞINI EŞİT” FRANSIZ PRODÜSERLƏRƏ TƏQDİM OLUNUB

“XATIRLADIĞINI EŞİT” FRANSIZ PRODÜSERLƏRƏ TƏQDİM OLUNUB

by editor

Fransanın CNC Film Fondu Kann şəhərində Qafqaz və Türkiyədən olan layihələrin fransız prodüserlərinə təqdimatını və görüşünü təşkil edib. Vörkşop fransız prodüserlərin regiondan maraqlı layihələr tapması və həmin ölkələrlə ko-produksiya əməkdaşlıqları yaranması məqsədilə həyata keçirilib. Vörkşopda Ermənistandan üç, Azərbaycandan bir, Gürcüstandan bir və Türkiyədən dörd layihə iştirak edib. Azərbaycandan olan layihə Çinar Film prodakşn şirkətindən rejissor Türkan Hüseyn, produserlər Emil Nəcəfov və Türkan Hüseynin “Xatırladığını eşit” layihəsi olub.

Əlaqədar Yazılar