Əsas ARKA-DAIX DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLMLƏR FESTİVALININ AÇILIŞI BAŞ TUTUB

IX DOKUBAKU BEYNƏLXALQ SƏNƏDLİ FİLMLƏR FESTİVALININ AÇILIŞI BAŞ TUTUB

by editor

Oktyabrın 13-də “Nizami” Kino Mərkəzində IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının açılışı baş tutub. Festivala hər il dəstək verən Azərbaycan Kinematoqrafçılar İttifaqı bu il festivalın əsas tərəfdaşıdır.

Tədbiri giriş sözü ilə açan festivalın direktoru, rejissor İmam Həsənov qonaqları salamladıqdan sonra festivalın proqramı barədə məlumat verib: “IX DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalına dünyanın 60-a yaxın ölkəsindən 200-dən çox film üçün müraciət daxil olub. Onların arasından 57 film seçilərək müxtəlif kateqoriyalar üzrə müsabiqə proqramlarına daxil edilib”.

Açılış mərasimində Azərbaycan Respublikasının Kino Agentliyinin rəhbəri Rəşad Əzizov, Azərbaycan Kinematoqrafçılar İttifaqının beynəlxalq layihələri üzrə meneceri Afaq Yusifli də çıxış edərək festival təşkilatçılarını və iştirakçıları təbrik ediblər.

Çıxışlardan sonra rejissor Seyran Mahmudoğlunun “Evim” tammetrajlı sənədli filmi nümayiş olunub. Bu il “Divine” (“İlahi”) mövzusunu əsas xətt kimi götürmüş festivalda filmlər “DOKUTAM” -tammetrajlı sənədli film, “DOKUECHO” təbiət haqqında ən yaxşı sənədli film, “DOKUMUSE” musiqi və ritm haqqında ən yaxşı sənədli film, “DOKUBOX” ən yaxşı debüt sənədli filmi, “DOKUKIDS” uşaqlar üçün ən yaxşı sənədli film, “DOKUSHORTS” ən yaxşı beynəlxalq qısa sənədli film bölmələrində yarışacaq. Filmlər həm xarici, həm də yerli kinomütəxəssislər tərəfindən dəyərləndiriləcək.

Əlaqədar Yazılar