Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) nümayəndə heyəti Tacikistanda keçirilən “Toji Somon” beynəlxalq film festivalında ölkəmizi təmsil edib. Festival çərçivəsində iştirakçı ölkələrin kino agentliklərinin iştirakı ilə Direktorlar Şurası görüşü keçirilib. İclasda Azərbaycan Respublikasının Kino Agentliyini direktor müavini Qurban Primov təmsil edib.
Qeyd edək ki, “Toji Somon” Beynəlxalq Film Festivalı Tacikistanın paytaxtı Düşənbə şəhərində 2025-ci ilin 15-20 oktyabr tarixləri arasında keçirilib. Festival çərçivəsində ARKA-nın dəstəyi ilə çəkilmiş rejissor Nurlan Həsənlinin “Erkən hisslər” filmi tamaşaçılara təqdim olunub.