2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə keçən layihələr elan edilir!
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin (ARKA) keçirdiyi 2026-cı il üzrə “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinə təqdim olunmuş layihələrə Seçim Komissiyası tərəfindən baxış keçirilmiş, meyarlar əsasında aparılmış qiymətləndirmə nəticəsində aşağıdakı layihələr pitçinq mərhələsinə buraxılmışdır:
🎬 Qısametrajlı bədii film layihələri:
• C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası — “Qaranquş yuvası”
• Buta Film — “Velosiped sürmək üçün uğurlu gün”
• Karvan Production — “İkimiz”
• Propaganda — “Yandırmaq da sənlik”
• Devfilm — “Yaddaşın tozu”
• Navis — “Rüzgarın melodiyası”
• Cinema Art — “İlbiz”
🎥 Sənədli film layihələri:
• OD Media-Production — “Murov”
• Cultura Service — “Parisin fatehi – Zelim Kotsoyev”
• Propaganda — “Öz evimdə”
• Navis — “Yuyunma – Bu bir film deyil”
• Cinema ART — “Ömür abidəsi”
🎨 Animasiya film layihələri:
• Animafilm — “İsi, Piti və Novruz bayramı”
• Peri Film — “Səma qızı”
• Lilitopia — “Dovşan ilə canavar”
• Lilitopia — “Xalça”
• İnvico — “Şüşədəki xatirələr”
• Crombone — “Çənlibel”
• PR Agency — “Tumurcuqlar”
• Marshal — “Qəhrəman”
🎥 Bədii-sənədli film layihələri:
• OD Media-Production — “Sükutun ardınca”
• Karvan Production — “38 saniyə”
• Nova Gorcia Kino Mərkəzi — “Türkün həyat ağacı”
🎬 Tammetrajlı bədii film layihələri:
• Aydəmir Entertainment — “İsanın evi”
• Karvan Production — “İki Xaqan”
• Nova Gorcia Kino Mərkəzi — “Bir, iki, üç”
• CNF — “Meşə növbətçisi”
• Buta Film — “Yeddi məhbusə”
• Old Stone Film — “Begemot”
• Öz — “Varis”
• Seyidbəyli Film — “Mülk”
Pitçinq mərhələsinin sentyabr ayı ərzində keçirilməsi nəzərdə tutulur. Pitçinq tarixləri barədə iştirakçılara əlavə məlumat təqdim olunacaq.





