Əsas ARKA-DA“ÜÇ KİLOQRAMLIQ XOŞBƏXTLİK” 4 MÜKAFAT QAZANIB

“ÜÇ KİLOQRAMLIQ XOŞBƏXTLİK” 4 MÜKAFAT QAZANIB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyinin (ARKA) istehsalına dəstək verdiyi “Üç kiloqramlıq xoşbəxtlik” filmi İspaniyada 4 mükafat qazanıb!

Azərbaycan və Bolqarıstanın birgə istehsalı olan “Üç kiloqramlıq xoşbəxtlik” tammetrajlı bədii filmi İspaniyada keçirilən 38-ci Jirona Beynəlxalq Film Festivalında “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktyor” və “Ən yaxşı aktrisa” nominasiyaları üzrə qalib olub.

Festivalın müsabiqə proqramına 28 ölkədən tammetrajlı bədii, sənədli, qısametrajlı və animasiya janrlarında filmlər daxil edilib.

Quruluşçu rejissoru Zornitsa Sofiya olan ekran əsəri Bolqarıstanın Milli Kino Agentliyi, “Queen Mountains”, Azərbaycanın “Cinemedia” MMC və Türkiyənin “Protim” şirkətlərinin birgə istehsalıdır. Filmin prodüserləri Zornitsa Sofiya, Fehruz Şamıyev, Ayşad Səfərəliyev və Mehmet Bahadır Erdir.

Qeyd edək ki, film 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsinin qalibi olaraq maliyyə dəstəyi alıb.

Daha əvvəl Bolqarıstanda keçirilən “Qızıl lalə” Bədii Filmlər Festivalında “Ən yaxşı ssenari” mükafatına layiq görülən filmin Azərbaycan premyerasının 2027-ci ildə Bakı Beynəlxalq Film Festivalı çərçivəsində keçirilməsi planlaşdırılır.

Əlaqədar Yazılar