Əsas ARKA-DA“KORKUT ATA” FİLM FESTİVALINDA İKİ AZƏRBAYCAN FİLMİ MÜKAFATA LAYİQ GÖRÜLÜB

“KORKUT ATA” FİLM FESTİVALINDA İKİ AZƏRBAYCAN FİLMİ MÜKAFATA LAYİQ GÖRÜLÜB

by editor

İstanbulda keçirilən 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimi keçirilib. Tədbirdə festivalın qaliblərinə mükafatlar təqdim olunub.

Azərbaycanın Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin dəstəyi ilə istehsal olunan “Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb. “Azərbaycan irsinə səyahət” silsiləsinə daxil olan filmin çəkilişləri “Alpha Prodüksion və Ajans Hizmetleri” şirkəti tərəfindən həyata keçirilib.

Kino Agentliyinin dəstək verdiyi “Tağıyev: Məktəb” filminin rejissoru Zaur Qasımlı “Ən yaxşı rejissor” mükafatını qazanıb. Film Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Qeyd edək ki, “Korkut Ata” Türk Dünyası Film Festivalı 2021-ci ildə İstanbulda, 2022-ci ildə Bursada (Türkiyə), 2023-cü ildə Bakıda, 2024-də Aşqabadda (Türkmənistan), 2025-ci ildə isə Aktauda (Qazaxıstan) keçirilib.

Builki festivala Türk dünyası coğrafiyası üzrə 10 ölkədən, həmçinin 10 muxtar respublika və icmadan ümumilikdə 56 film tamaşaçılara təqdim olunub.

“Korkut Ata” Festivalının əsas mükafatı Türk dünyasının birliyini simvolizə edən “Durna quşu” heykəlciyidir.

Əlaqədar Yazılar