Əsas EKRANDA “İYİRMİ BİRİNCİ MÖCÜZƏ” TƏQDİM OLUNDU + FOTOSESSİYA

“İYİRMİ BİRİNCİ MÖCÜZƏ” TƏQDİM OLUNDU + FOTOSESSİYA

by editor

21 fevralda “İyirmi birinci möcüzə” tammetrajlı bədii filminin təqdimatı baş tutdu. Filmin mövzusuna əsasən, Fərid və Ramal Bakı küçələrində böyüyən kimsəsiz gənclərdir. Ramal Fəridin saflığından istifadə edib, işləməyə məcbur edir ki, guya bu pulu toplayıb anasını tapmağa gedəcəklər. Günlərin birində varlı ailədən olan Ayanı təsadüf nəticəsində xilas edirlər. Ayan dərdini bu gənclərə danışır. Fərid isə bu dərdə çarə tapır. Məsləhət görür ki, Ramal ilə Ayan guya bir-birini sevir və evlənəcəklər. Elə hər şey də bundan sonra başlayır.

Filmin rejissoru Şahin Qəhrəman, ssenari müəllifi Elçin Muradov, operatoru Şahmar Səfəroğlu, rəssamı Vüqar Qurbanov, bəstəkarı Rüstəm Zeynallıdır. Əsas rollarda Nicat Mehdi, İbrahim Çingiz və Kəmalə Piriyeva şəkiliblər. “NM production” istehsalı olan filmin baş prodüseri Ələsgər Mehdiyevdir.

Dram janrında olan film 22 fevraldan etibarən bütün kinoteatrlarda nümayiş olunur.

Əlaqədar Yazılar