Əsas ÜMUMİ PLANDATƏDBİRLƏR “13” FİLMİ TƏQDİM OLUNUB

“13” FİLMİ TƏQDİM OLUNUB

by editor

Fevralın 24-də Nizami Kino Mərkəzində “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin ərsəyə gətirdiyi “13” adlı bədii-sənədli filmin təqdimat mərasimi keçirilib.

Xocalı itkinlərindən 13 nəfərin naməlum taleyini araşdıran film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Ekran əsəri 1992-ci ilin fevralında Xocalıda baş verən hadisələrə işıq salır. Xocalı soyqırımı zamanı iki gün meşədə gizləndikdən sonra Dəhraz kəndi istiqamətində mühasirəyə düşərək girov götürülən bir qrup dinc əhali həmin kənddəki fermaya aparılır. Orada Ermənistanın müharibə cinayətkarları dinc insanlara amansız işgəncələr verirlər, fermada saxlanılan girovların içərisindən 13 gənc seçilərək naməlum istiqamətə aparılır. Həmin 13 nəfərdən bu günə qədər də xəbər yoxdur.

Layihənin rəhbəri və filmin ssenari müəllifi “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mübariz Əsgərov, rejissor Elçin Elxanlı, prodüser Xəyyam Abdullazadə, operator Əhməd Barasovdur. Filmdə aktyor ouyunundan istifadə olunub. Filmdə Esmiralda Abdullayeva (Kamilə), Səbinə Məmmədova (Zərəfşan), Aysel Usubova (Xuraman), Kamil Nazim (Tofiq) rolunda çəkiliblər.

Filmin ingilis dilindəki versiyası bu günlərdə xarici ölkələrdə də nümayiş olunacaq.

Əlaqədar Yazılar