Əsas FESTİVALLARAZƏRBAYCANIN ÜÇ ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “SEVİLFEST” QALİBLƏRİNİ ELAN ETDİ

AZƏRBAYCANIN ÜÇ ŞƏHƏRİNDƏ KEÇİRİLƏN “SEVİLFEST” QALİBLƏRİNİ ELAN ETDİ

by editor

Yeddinci “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı 3-11 iyul tarixlərində Azərbaycanın üç şəhərində – Bakı, Şəki və Lənkəranda keçirilib. Festival çərçivəsində film nümayişləri, ustad dərsləri, emalatxanalar, panel müzakirələri və müxtəlif xüsusi tədbirlər təşkil olunub. İyulun on birində baş tutan bağlanış mərasimində müsabiqə proqramlarının qalibləri elan edilib.

Müsabiqə proqramı yalnız qısametrajlı filmləri əhatə edən üç bölmədən ibarət olub: Yerli Qısametrajlı Sənədli Film Müsabiqəsi, Beynəlxalq Qısametrajlı Sənədli Film Müsabiqəsi və Beynəlxalq AniDok Müsabiqəsi.

Yerli müsabiqədə Azərbaycan sənədli kinosunun yeni nəslini təmsil edən yeddi film yarışıb.

Beynəlxalq qısametrajlı sənədli film və AniDok müsabiqələrinin hər birində isə altı film mübarizə aparıb.

Proqramda, həmçinin, cəmi beş ay əvvəl Berlin Film Festivalında dünya premyerası baş tutmuş Qazaxıstan istehsalı “Çay yuxuları” (River Dreams) filmi də nümayiş etdirilib. Filmin rejissoru Kristina Mixaylova da festivalın xarici qonaqları arasında olub.

Festivalın bağlanış mərasimində müsabiqə qalibləri elan olunub.

Beynəlxalq AniDok müsabiqəsinin qalibi Matea Radiçin “Paradaïz” filmi seçilib.

Beynəlxalq qısametrajlı sənədli film müsabiqəsində Marianna Corcia Markezinin “Tamamilə fərqli, tamamilə eyni” filmi mükafata layiq görülüb.

Yerli qısametrajlı sənədli film müsabiqəsinin qalibi isə Suad Qaranın “Xəzər üçün rekviyem” filmi olub.

Əlaqədar Yazılar