Əsas ANALİTİKA2026-CI İLİN İLK 6 AYININ KİNOTEATR FİLMLƏRİ

2026-CI İLİN İLK 6 AYININ KİNOTEATR FİLMLƏRİ

by editor

Kinoteatrlar milli kino sənayesinin inkişafını müəyyən edən əsas platformalardan biridir. Film istehsalının həcmi, janr müxtəlifliyi, tamaşaçı marağı və kommersiya uğuru ilk növbədə məhz kinoteatr nümayişləri vasitəsilə qiymətləndirilir. Hər həftə kinoteatrlarda yeni filmlər nümayişə çıxarılır. Tamaşaçı marağı yüksək olan filmlər növbəti həftələrdə də nümayişini davam etdirərək baxış sayını artırır, kifayət qədər tamaşaçı toplaya bilməyən filmlər isə təbii bazar rəqabəti nəticəsində daha qısa müddətdə nümayişdən çıxarılır. Bu baxımdan kinoteatr nümayişləri həm yerli film istehsalının vəziyyətini, həm də tamaşaçı zövqünün formalaşmasını əks etdirən mühüm göstəricilərdən hesab olunur.

Hazırda Azərbaycanda yeni filmlərin nümayişini həyata keçirən iki özəl kinoteatr şəbəkəsi – Cinemastercard və Park Cinema fəaliyyət göstərir. Bununla yanaşı, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Nizami Kino Mərkəzi də yerli və xarici filmlərin nümayişi üzrə ölkənin əsas kino məkanlarından biri olaraq fəaliyyətini davam etdirir.

2026-cı ilin ilk 6 ayında ölkə kinoteatrlarında ümumilikdə 18 yerli film nümayiş olunub. Nümayişə çıxarılan filmlər arasında komediya janrı yenə üstünlük təşkil etsə də (10 filmdə komediya ünsürləri üstünlük təşkil edir), dram, tarixi, kriminal, triller, macəra, psixoloji dram və digər janrlarda istehsal olunmuş filmlərin də yer alması yerli kino istehsalında janr müxtəlifliyinin qorunduğunu göstərir. Diqqəti cəlb edən məqam isə uşaq auditoriyası üçün kontentin artmasıdır. Bu kontentin növbəti illərdə daha da artacağına və keyfiyyətin yüksəldiləcəyinə ümid edirik.

İlin ilk yarısında nümayiş müddəti baxımından ən uzunömürlü film “Tağıyev. Neft” filmidir. Bu filmin 07.11.2024-cü il tarixində özəl kinoteatr şəbəkələri ilə başlayan tamaşaçı görüşü hazırda Nizami Kino Mərkəzi ilə davam etdirilir. “Tağıyev” silsiləsindən başqa uzunmüddətli nümayiş tarixi olan filmlər: “Apatiya 2”, “Qapı” (bir ildən çox), “Hozu Xan”, “Qurd dişi” (6 aydan çox) sayılır.

Müqayisəli təhlil göstərir ki, 2025-ci ilin analoji dövründə kinoteatrlarda ümumilikdə 16 yerli film nümayiş olunmuşdu. 2026-cı ilin göstəriciləri yerli film istehsalının dinamikasını, bazarın inkişaf tempini və tamaşaçı marağındakı dəyişiklikləri qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ümid edirik ki, yerli film istehsalının davamlı artımı, janr müxtəlifliyinin genişlənməsi və tamaşaçı marağının yüksəlməsi Azərbaycan kinoteatrlarının müxtəlifliyini daha da zənginləşdirəcək, milli filmlər isə həm ölkə daxilində, həm də beynəlxalq arenada daha böyük uğurlar qazanacaqlar.

NFİLMİN ADINümayiş tarixləriİSTEHSALÇI ŞİRKƏTPRODÜSER / REJİSSORJANRQEYD
1Tağıyev. Neft (2024)07.11.2024-…Bakı Media MərkəziBaş prodüser: Arzu Əliyeva / Prodüser: Orman Əliyev / Rejissor: Zaur Qasımlıtarixi dramdavam edir
2Apatiya 2 (2025)09.01.2025-18.02.2026HR Film ProductionProdüser və rejsisor: Hikmət Rəhimovdram, kriminal 
3Qapı (2025)13.03.2025-…VASH MediaBaş prodüser və rejissor: Vüsal ƏhmədzadəKriminal, tragikomediyadavam edir, yenidən nümayiş
4Tağıyev. Çar (2025)03.04.2025-…Bakı Media MərkəziBaş prodüser: Arzu Əliyeva / Prodüser: Orman Əliyev / Rejissor: Zaur Qasımlıtarixi dramdavam edir
54 təkər (2025)18.09.2025- 18.02.2026Alioglu Media GroupBaş prodüser və rejissor: Amil Alikomediya, macərayenidən nümayiş
6Tağıyev. Sona (2025)02.10.2025-…Bakı Media MərkəziBaş prodüser: Arzu Əliyeva / Prodüser: Orman Əliyev / Rejissor: Zaur Qasımlıtarixi dramdavam edir
7Hozu Xan (2025)01.11.2025- 25.06.20263İ CinemaBaş prodüserlər: İslam Ağa, Məcid Hüseynov / Rejissor: İlham Yaşaroğlukomediya 
8Qurd dişi (2025)11.12.2025-…Şah filmBaş prodüser: Müşfiq Şahverdiyev / Rejissor: Elmir Süleymanovkomediyadavam edir
9Səkkiz (2025)27.12.2025-11.02.2026ARB TVBaş prodüser: İslam Ağa / Rejissor: Hikmət Rəhimovpsixoloji dram, triller, kriminalserialdır / bir neçə seriyası kinotaatr nümayişində olub
10Sehrli xalatın sirri (2025)30.12.2025-13.01.2026NB ProductionBaş prodüser: Namiq Qafarov / Rejissor: Turqut Əlimacəra, fantastika, komediya 
118118 (2025)29.01.2026- 05.03.2026EME FilmProdüserlər: Murad EME, Elşad Zarafatsız / Rejissor: Murad EMEqorxu, mistika, triller 
12Kürəkən VS qayınata (2026)12.02.2026-…AND productionBaş prodüser və rejissor: Valeh Əhmədovkomediyadavam edir
13Ruh atası (2026)12.03.2026-…3İ CinemaBaş prodüser: Məcid Hüseynov / Rejissor: İlham Yaşaroğlukomediya, qorxudavam edir
14Tağıyev. Məktəb (2026)30.04.2026-…Bakı Media MərkəziBaş prodüser: Arzu Əliyeva / Prodüser: Orman Əliyev / Rejissor: Zaur Qasımlıtarixi dramdavam edir
15Akinak (2026)01.05.2026-…NarimanfilmProdüser: Nəriman Məmmədov / Rejissor: Elxan Cəfərovmacəra, döyüş, tarixi dramdavam edir
16Oyuncaq (2026)28.05.2026- 23.06.2026NB ProductionBaş prodüser: Namiq Qafarov / Rejissor: Turqut Əlikomediya, macəra 
17Gizli xəzinə (2025)04.05.2026- 17.05.2026 Rejissor: Turqut Əlimacəra, komediyayenidən nümayiş
18Cinxan Bakıda (2026)25.06.2026- 01.06.2026NB ProductionBaş prodüser: Namiq Qafarov / Rejissor: Turqut Əlikomediya, macəra 
       

Əlaqədar Yazılar