Əsas ARKA-DAAYAN MƏLİKİN “LAYLA” FİLMİ NÜMAYİŞ OLUNUB

AYAN MƏLİKİN “LAYLA” FİLMİ NÜMAYİŞ OLUNUB

by editor

Gənc rejissor Ayan Məlikin “Layla” (Lullaby) qısametrajlı bədii filmi 8 avqustda Nizami Kino Mərkəzində nümayiş olunub. Varşava Film Məktəbində (Warsaw Film School) rejissorluq üzrə təhsil alan və “Mədəniyyət və yaradıcı sənayelər” üzrə xüsusi Təqaüd Proqramının təqaüdçüsü Ayan Məlik “Layla” filmini kurs işi çərçivəsində hazırlayıb.

Filmin mövzusuna görə, dağlıq şəraitdə aparılan döyüş əməliyyatı zamanı yaralanan azərbaycan əsgəri erməni hərbçi ilə rastlaşır. O, əsl azərbaycanlılara məxsus mərdlik və humanizmlə işğalçıya yanaşır…

Filmin ssenari müəllifləri Yavər Rzayev və Ayan Məlik, operatoru Dimirto Ziniç, musiqi tərtibatçısı Azər Hacıəsgərli, səs rejissoru Teymur Abdullayev, qrim rəssamı Eldar İsrafilov, montaj edəni Yevgeni Siniçenkodur. Aktyor kastinqini Səbuhi Məmmədov həyata keçirib. Filmdə Azərbaycan əsgərini Cövhər Abdullayev, erməni əsgərini Fətəli Abdullayev canlandırıblar. Reyhan Abdullayeva azərbaycanlı ananın laylasını, Ellada Sarvan isə erməni anasının laylasını səsləndiriblər. Filmin prodüseri Mübariz Nağıyev, bədii rəhbəri isə Tadeuş Lislakdır.

Filmin çəkilişləri Laçında aparılıb.

Qeyd edək ki, “Layla” filmi 1-ci Laçın Beynəlxalq Film Festivalı çərçivəsində “Yerli müsabiqə”də yarışacaq.

Əlaqədar Yazılar