Azərbaycanın qədim dövlətçilik tarixinə, zəngin tarixi-mədəni irsinə və İşquz dövlətinin tarixdəki izlərinə işıq salan ekran əsəri tamaşaçıları keçmişə səyahətə dəvət edir.
“Azərbaycan irsinə səyahət” silsiləsinə aid olan “Aydamir Entertainment” tərəfindən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin dəstəyi ilə istehsal olunan film tezliklə tamaşaçılara təqdim ediləcək.
Rollarda: Kərəm Hadıyev, İlqar Musayev, Nurlan Əmirli, Faiq Mirzəyev, İlkin Dövlətov, Bəhruz Vaqifoğlu, İlyas Əhmədov, Pərviz Fəxrəddin, Münəvvər Əliyeva, Aydan Həsənzadə
Çəkiliş heyəti:
İdeya və ssenari müəllifi – Zaur Həsənov
Quruluşçu rejissor – Elvin Əhmədoğlu
Görüntü rejissoru – Cavid Aslanov
İkinci rejissor – Müşfiq Mirzə
Quruluşçu rəssam – Vüqar Qurbanov
Geyim rəssamı – Ləman Süleymanlı
Qrim rəssamı – Adilə Alıyeva
Baş prodüser – Azər Aydəmir
İcraçı prodüser – Ülviyyə Könül
VFX – Rovşən Abıyev
Redaktorlar – Fidan Fərrux, Etibar Məmmədov