Əsas ÜMUMİ PLANDAFESTİVALLAR “İKİNCİ PLANETİN QIRMIZI RƏNGİ” FİLMİ BEYNƏLXALQ FESTİVALDA

“İKİNCİ PLANETİN QIRMIZI RƏNGİ” FİLMİ BEYNƏLXALQ FESTİVALDA

by editor

Rejissor Azər Quliyevin çəkdiyi “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmi Finlandiyada keçiriləcək Tapmere Beynəlxalq Film Festivalının “Cənubi Qafqaz” proqramında nümayiş olunacaq.

Filmdə hadisələr Vətən Müharibəsinin fonunda baş verir. Musa şəxsi həyatında problemlərlə üz-üzədir. Bir an Musanı iç səsi və şəxsi azadlığı bilinməyən sirli vəhdətlə qarşılaşır. Burada onun keçmişi, iztirabları və gələcəyi başlayır…

Film Mədəniyyət Nazirliyinin 2021-ci ildə keçirdiyi “Böyük qayıdış“ müsabiqəsi çərçivəsində çəkilib.

“Mozalan” studiyasının istehsalı olan filmə “Azərbaycanfilm” kinostudiyası və “Narimanfilm” studiyası ko-prodüser kimi dəstək göstəriblər. Filmin rejissoru və ssenari müəllifi Azər Quliyev, prodüseri Əli-Səttar Quliyev, operatoru Alisa Tareliçeva, rəssamı Samirə Şamxalovadır. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər.

Əlaqədar Yazılar