487

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən keçirilmiş Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsinin qalib layihələrinin istehsalı üçün artıq müqavilələr bağlanılıb.
9 qalib layihə üçün ARKA 2.888.498 AZN maliyyə dəstəyi ayırıb. Bu layihələrin ümumi büdcəsi isə 4.145.680 manatdır. Bu deməkdir ki, məbləğin qalan hissəsini – 1.257.182 manatı şirkətlər özləri təmin edəcəklər.
Ətraflı siyahı ilə tanış ola bilərsiniz:
| Azərbaycan Respublikası Kino Agentliyi 2023-cü il Film layihələri müsabiqəsinin qaliblərinin siyahısı | |||||||||
| № | Layihənin adı | Növ | Şirkət | Prodüser | Ssenari müəllifi | Rejissor | ARKA tərəfindən ödənilən məbləğ (AZN) | Şirkət tərəfindən ödənilən məbləğ (AZN) | Ümumi büdcə (AZN) |
| 1 | Arılar və qəbirlər | tammetrajlı bədii | SFN Production | Sevinc Əliyeva | Amil Məmiyev, Şərif Ağayar | Amil Məmiyev | 458.920 | 150.000 | 608.920 |
| 2 | Nargin | tammetrajlı bədii-sənədli | Karvan Production | Elməddin Alıyev | Xəyyam Abdullazadə | Xəyyam Abdullazadə | 350.000 | 250.000 | 600.000 |
| 3 | Ölüm axtaran qadın | tammetrajlı sənədli | Bakı Media Mərkəzi | Orman Əliyev | Fariz Əhmədov | Fariz Əhmədov | 285.000 | 0 | 285.000 |
| 4 | Kür – Çaylar anası | tammetrajlı sənədli | OD Media-Production | Fariz Əhmədov | Əkbər Nəcəfli, Seyran Mahmudoğlu | Seyran Mahmudoğlu | 200.000 | 95.000 | 295.000 |
| 5 | Narqız | qısametrajlı animasiya | Peri Film | Rəşid Ağamalıyev | Məsud Pənahi, Nəzrin Ağamalıyeva, İsmayıl İman | Məsud Pənahi, Rəşid Ağamalıyev | 97.618 | 1.382 | 99.000 |
| 6 | Borc | tammetrajlı bədii | Bakı Media Mərkəzi | Orman Əliyev | İsmayıl İman | Orman Əliyev | 1.000.000 | 200.000 | 1.200.000 |
| 7 | Xəzinə | tammetrajlı bədii | Ultra Prodakşın | Pərviz Məmmədov | İsa Məlikov, Aleksandr Şur, Maksim İsayev | İsa Məlikov | 350.000 | 550.600 | 900.6000 |
| 8 | Kapitan və Xəzər dənizi | qısametrajlı sənədli (animasiya | Rental Azərbaycan | Emil Nəcəfov, Türkan Hüseyn | Türkan Hüseyn | Türkan Hüseyn | 87.260 | 10.200 | 97.460 |
| 9 | Erkən hisslər | qısametrajlı bədii | Rental Azərbaycan | Emil Nəcəfov | Nurlan Həsənli | Nurlan Həsənli | 59.700 | 0 | 59.700 |
| CƏMİ | 2.888.498 | 1.257.182 | 4.145.680 | ||||||
