179
Rejissor Azər Quliyevin “Sanki yoxsan” adlı qısametrajlı bədii filmi 77-ci Kann Film Festivalının Qısametrajlı filmlər müsabiqəsinə seçilən 11 filmdən biridir. 4420 film arasından seçilən müsabiqə filmləri 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.
Filmin rejissoru Azər Quliyev, Ko-prodüseri Əli-Səttar Quliyevdir.
Qeyd edək ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə 2014-cü ildə “Sonuncu” adlı qısametrajlı filmlə (rejissor Sergey Pikalov) festivalın müsabiqə bölməsində iştirak etmişik. Bu, bizim ikinci iştirakımızdır.
Builki festivalın mükafatlandırma mərasimi 25 may tarixində keçiriləcək. Yaradıcı heyətə uğur diləyirik!