Əsas ARKA-DA KİNEMATOQRAFİYA İLƏ BAĞLI QANUNVERİCİLİKDƏ BOŞLUQLAR VAR

KİNEMATOQRAFİYA İLƏ BAĞLI QANUNVERİCİLİKDƏ BOŞLUQLAR VAR

by editor

Azərbaycan Respublikasının Kino Agentliyinin şöbə müdiri Murad Şükürlü Real FM-in “Cinema Radio” verilişinə verdiyi müsahibəsində kino haqqında qanun barədə məlumat verib. O bildirib ki, “Beş il öncəyə baxsaq, insan kapitalının artırılması, maddi texniki baza və qanunvericilik kimi hədəflər var idi. Bu günkü mənzərəyə baxdıqda, insan kapitalı məsələsi müəyyən qədər öz həllini tapıb, texniki təchizat baxımından da bir o qədər problem yoxdur. Amma qanunvericilik məsələsində hələ də boşluqlar var və kinematoqrafiya haqqında qanunun yenilənməsi ilə bağlı zərurət yaranıb”.

Həmin boşluqları nəzərə alaraq, kino haqqında yeni qanunun hazırlanması ilə bağlı Mədəniyyət nazirliyinin göstərişi ilə ARKA tərəfindən işçi qrupu yaradılması planlaşdırılır. İşçi qrupunun fəaliyyətinin mərhələli şəkildə olması nəzərdə tutulur. İlkin mərhələdə kino forumunda alınan qeydlər, daha sonra özəl sektordan təklif olunmuş kino haqqında qanun layihələri və digər təkliflərin təhlili və toplanması nəzərdə tutulur. Məsələ üzrə kino mütəxəssisləri ilə müzakirə nəzərdə tutulur.

Yekunda isə peşəkar hüquqşünasların cəlb olunması ilə yeni kino qanununun tərtib edilməsi və daha sonra təsdiq üçün təqdim olunması əsas planlardan biridir.

Əlaqədar Yazılar