Əsas ARKA-DA “PRODÜSERLƏRİN YÜKSƏLİŞİ” TƏLİMİNİN İŞTİRAKÇILARI LAYİHƏLƏRİNİ TƏQDİM ETDİLƏR + FOTOSESSİYA + VİDEO

“PRODÜSERLƏRİN YÜKSƏLİŞİ” TƏLİMİNİN İŞTİRAKÇILARI LAYİHƏLƏRİNİ TƏQDİM ETDİLƏR + FOTOSESSİYA + VİDEO

by editor

17 Aprel tarixində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə keçirilən “Prodüserlərin inkişaf təlimi” proqramı çərçivəsində prodüser və rejissorların öz film layihələrini təqdim etməsi üçün pitçinq keçirildi.

Yaradıcı Hub-da keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər departamentinin müdiri Rəşad Əzizov Yaradıcı Sənayelər sahəsində aparılan islahatlar və görülən işlər barədə məlumat verib. Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşi isə təlim layihəsi barədə məlumat verib və belə layihələrin ölkə üçün önəmli olduğunu bildirərək belə layihələrin ölkə audiovizual sənayesinin rəqabətədavamlılığının artırılmasına töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Qeyd edək ki, keçən il baş tutmuş “Prodüserlərin yüksəlişi” təlimində Avropanın ən qabaqcıl kino məktəbinin mütəxəssis-müəllimləri, tanınmış alman prodüserlər Martin Hagemann və Titus Kreyenberq öz təcrüblərini bölüşüblər.

Səkkiz həftə davam etmiş təlimlərdə təlim iştirakçıları üçün rəqabətədavamlı kino biznesinin yaradılması və idarə olunması, yerli və xarici maliyyə mənbələrinin film istehsalına cəlb edilməsi, filmlərin yerli və xarici satışının təşkili, eləcə də digər sahələr üzrə fundamental biliklərə yiyələniblər. Programın bu ilki mərhələsində isə iştirakçılar öz filmlərini investorlara, prodüserlərə təqdim etdilər. Tədbirdə iştirakçılar aşağıdakı layihələrin pitçinqini həyata keçirdilər.

  1. “Köçəri” – tammetrajlı sənədli film (rej. Nurlan Həsənli, prodüserlər Nurlan Həsənli, İrina Gelaşvili) – Büdcə 326.748 AZN
  2. “Ölü Həsən” – tammetrajlı bədii film (rej. Türkan Hüseyn, prodüser Emil Nəcəfov) – Büdcə 250.000 AZN
  3. “Qeyri-adi qorxu” – sənədli animasiya filmi (rej. Nəzrin Ağamalıyeva, prodüser Rəşid Ağamalıyev) – Büdcə 193.811 AZN
  4. “Dar vaxtda” – sənədli animasiya filmi (rej. Rəşid Ağamalıyev, prodüser Şahin Əliyev) – Büdcə 196.691 AZN
  5. Sara qısametrajlı bədii film (prodüser Elmira Əzizxanlı) –  Büdcə 62.649 AZN
  6. “Mən səni sevirəm, ata” – tammetrajlı bədii film (rej. Əli-Səttar Quliyev, prodüser Rosita Qurbanova) – Büdcə 360.000 ABŞ dolları
  7. “Tərəflər” – qısametrajlı bədii film (rej.Almaz Qasımova, prodüser Nazim Şərbətov) – Büdcə 120.000 AZN
  8. “Axtarışda” – qısametrajlı bədii film (rej. Sevinc Mahmudova, prodüser Xəyal Əfəndiyev) – Büdcə 68.600 AZN
  9. “Partnyor” – qısametrajlı bədii film (rej. Namiq Ağayev, prodüser Elçin Hacı) – Büdcə 250.000 AZN
  10. “Biçin” – qısametrajlı bədii film (rej. Samir Kərimoğlu, prodüser Zaur Mirzəzadə) – Büdcə 70.000 EUR

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Əlaqədar Yazılar