Əsas ARKA-DAQAZAXISTANDA MOLLA NƏSRƏDDİN HAQQINDA FİLMİN ÇƏKİLİŞLƏRİNİN YEKUN MƏRHƏLƏSİ BAŞLAYIB

QAZAXISTANDA MOLLA NƏSRƏDDİN HAQQINDA FİLMİN ÇƏKİLİŞLƏRİNİN YEKUN MƏRHƏLƏSİ BAŞLAYIB

by editor

Qazaxıstanda “Molla Nəsrəddin – çətin günlərin dostu” filminin çəkilişlərinin yekun mərhələsinə start verilib. Layihə altı türk ölkəsinin kinematoqrafçılarını bir araya gətirib.

AZƏRTAC Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinə istinadla xəbər verir ki, bundan əvvəl çəkiliş qrupu Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Özbəkistanda işləyib. Yekun çəkilişlər Almatı vilayətində, Almatı və Türküstan şəhərlərində, o cümlədən Xoca Əhməd Yasəvi məqbərəsinin ərazisində aparılacaq.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi Azərbaycanın Xalq artisti Vaqif Mustafayevdir. Xoca Nəsrəddin obrazını Qazaxıstanın Əməkdar artisti Saqızbay Karabalin canlandırır.

Layihə 2023-cü ildə Şuşada keçirilən TÜRKSOY Daimi Şurasının 40-cı iclasında irəli sürülüb.

Əlaqədar Yazılar