Əsas ELANLARADMİU-DA ALİ REJİSSORLUQ KURSLARI AÇILIR

ADMİU-DA ALİ REJİSSORLUQ KURSLARI AÇILIR

by editor

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq аrtisti, Azərbaycan Dövlət Mükafatı laureatı, Avropa Kino Akademiyasının üzvü, professor Vaqif Mustafayevin yaradıcılıq laboratoriyası fəaliyyət göstərir. Laboratoriyanın nəzdində müasir dünyagörüşünə, milli və dünya  kinematoqrafiya estetikasını dərindən anlayan yeni nəsil rejissorların yetişdirilməsi məqsədi ilə Ali Rejissorluq Kursları açılır.

Kurslarda respublikadan və xarici ölkələrdən dəvət edilmiş tanınmış kino xadimləri dərs deyəcək.

Ali rejissorluq kurslarında təhsilin müddəti 1,5 ildir

Dərslər “Azərbaycanfilm” kinostudiyasında, studiyanın professional texniki imkanlarından istifadə edilməklə  keçiriləcək. Məzunlara Ali Rejissorluq kurslarını bitirmələri haqqında müvafiq sertifikat veriləcək və onlar yaradıcılıq  layihələrini Azərbaycan Respublikasının Kino Agentliyinə təqdim etmək imkanı əldə edəcəklər.

Kurslarda dərslər 2026-cı ilin aprel ayının 1-dən başlanacaq. Sənədlər 5 yanvar 2026-ci il tarixindən 1 mart  2026-ci il tarixinədək qəbul edilir.

Ali rejissorluq kurslarında illik təhsil haqqı Azərbaycan vətəndaşları üçün 2000 AZN, xarici ölkə vətəndaşları üçün 3000 ABŞ dolları təşkil edəcək.

Ali rejissorluq kurslarına müxtəlif ixtisaslar üzrə ali məktəbi bitirmiş Azərbaycan və xarici ölkə vətəndaşları qəbul edilir.

Tədris Azərbaycan və rus dillərində aparılacaq.

Ali rejissorluq kurslarına qəbul 3 mərhələdən ibarətdir:

Qeydiyyat:

Ali rejissorluq kurslarına daxil olmaq istəyən Azərbaycan vətəndaşları  qeydiyyatdan keçmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • ərizə
  • şəxsiyyəti təsdiq edən vəsiqənin surəti;
  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil
  • ali təhsil haqqında diplom
  • Tərcümeyi-hal / CV
  • yaradıcılıq işlərindən ibarət portfolio (video, fotoşəkillər, ssenari və s).

Xarici vətəndaşları üçün:

  • ərizə
  • pasportun surəti (pasportun etibarlılıq müddəti 1 ildən az olmamalıdır);
  • 3×4 ölçüdə 6 ədəd fotoşəkil;
  • ali təhsil haqqında sənədin əsli və Azərbaycan dilinə apostil və notariat qaydasında tərcümə edilmiş, notarial qaydada təsdiqlənmiş surəti.
  • sağlamlıq haqqında arayış, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması barədə müvafiq tibbi sənəd;
  • tədris dili üzrə sertifikat (əgər varsa);
  • Azərbaycanda doğulmuş şəxslər üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ikili vətəndaşlığın olmaması haqqında arayış.
  • tərcümeyi-hal / CV
  • yaradıcılıq işlərindən ibarət portfolio (video, fotoşəkillər, ssenari, hekayə və s).

Azərbaycanda yaşayan vətəndaşlar tələb olunan sənədləri ADMİU-nun əsas korpusunda yerləşən Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinə təqdim etməlidirlər (ünvan: İnşaatçılar prospekti 39).

Azərbaycanda yaşamayan xarici ölkə vətəndaşları göstərilən sənədləri PDF formatında [email protected]  e-mail ünvanına göndərməlidirlər.

Göndərilən sənədlər qəbul komissiyası tərəfindən müsbət rəy alındıqdan sonra

Azərbaycanda yaşamayan xarici ölkə vətəndaşları da müsahibəyə dəvət ediləcək.

Müsahibə: Müsahibə zamanı  kino haqqında ümumi biliklərin, ümummədəni biliklərin   səviyyəsi yoxlanılır.

Verilmiş mövzuda yazı işi

Əlavə məlumatüçün tel:(+99 412) 599 00 54, daxili 105.

Əlaqədar Yazılar