Əsas FOTOSESİYAAZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQINDA İDARƏ HEYƏTİNİN İCLASI KEÇİRİLİB

AZƏRBAYCAN KİNEMATOQRAFÇILAR İTTİFAQINDA İDARƏ HEYƏTİNİN İCLASI KEÇİRİLİB

by editor

Mayın 8-də baş tutan iclası giriş sözü ilə açan, AKİ-nin birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovanın təklifi ilə AKİ-nin mərhum sədri, Xalq artisti Rasim Balayevin xatirəsi bir dəqiqəlik sükutla anıldı.

AKİ-nin icraçı katibi Əli İsa Cabbarov son altı ay görülmüş işlər haqqında iclas iştirakçılarına məruzə etdi. İdarə heyəti görülmüş işləri qənaətbəxş hesab etdi.

İdarə heyəti AKİ-nin konfransının mayın son həftəsi ərzində keçirilməsini qərara aldı. Konfransın gündəliyinə İdarə Heyətinin məruzəsi və sədr seçkiləri daxil edildi, İdarə Heyəti sədr vəzifəsinə mümkün namizədlər müzakirə edildi. Müzakirələrdə Xalq artistləri Həmidə Ömərova, Şükufə Yusupova, Vaqif Mustafayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Firəngiz Qurbanova, kinodramaturqlar Eldəniz Quliyev, Əmir Pəhləvan, Kamran Qasımov, kinorejissorlar Türkan Hüseynova, Tahir Tairoviç, Əli isa Cabbarov çıxışlarda iştirak etdilər.

İdarə heyətinin qərarına əsasən, konfransa iki namizədin verilməsi qərara alındı. Katibliyə konfransın keçirilmə yerini təsdiq etməsi və təşkilati məsələləri həll etmək həvalə edildi.

Əlaqədar Yazılar