Əsas TƏDBİRLƏRREJİSSOR SƏİDƏ HAQVERDİYEVA TÜRKİYƏDƏ MÜKAFATA LAYİQ GÖRÜLÜB

REJİSSOR SƏİDƏ HAQVERDİYEVA TÜRKİYƏDƏ MÜKAFATA LAYİQ GÖRÜLÜB

by editor

Azərbaycanlı rejissor Səidə Haqverdiyeva Türkiyədə keçirilən “Gümüş karyera” beynəlxalq mükafatına layiq görülüb. Ankarada keçirilən mükafatlandırma mərasimində Türkiyənin dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media nümayəndələri, ictimai-siyasi xadimlər, sənət adamları və diplomatik korpus üzvləri iştirak ediblər.

Artıq dördüncü dəfədir baş tutan tədbirdə Azərbaycanı teatr və kino rejissoru Səidə Haqverdiyeva təmsil edib. O, kino və teatr sahəsində fəaliyyəti, həmçinin “Köhnə çamadanlar” filminin beynəlxalq təqdimatına görə “Gümüş karyera” mükafatına layiq görülüb.

Səidə Haqverdiyeva çıxışında mükafatı yalnız şəxsi yaradıcılığının deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin və qadın sənətkarlarının uğuru kimi qiymətləndirib.

Əlaqədar Yazılar