Əsas ARKA-DAAZƏRBAYCAN KİNOSU BEYNƏLXALQ PLATFORMALARDA TƏMSİL OLUNUR!

AZƏRBAYCAN KİNOSU BEYNƏLXALQ PLATFORMALARDA TƏMSİL OLUNUR!

by editor

10–11 noyabr tarixlərində Dubayda keçirilən “Dubai International Content Market” (DICM) çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində Kino Agentliyi (ARKA) ölkəmizin kino potensialını və beynəlxalq əməkdaşlıq imkanlarını təqdim edir.

Beynəlxalq audiovizual sənayesi üzrə mühüm platformalarından biri olan market Azərbaycan kino sənayesinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, yerli istehsalın tanıdılması, yeni əməkdaşlıq imkanlarının yaradılması və audiovizual istehsal sahəsində təcrübə mübadiləsi baxımından əhəmiyyətli tədbirdir.

Azərbaycan nümayəndə heyətində “Bakı Media Mərkəzi”nin prodüseri, rejissor Fuad Məmmədzadə, “ANIMAFILM” şirkətinin direktoru, rejissor və prodüser Rəşid Ağamalıyev, “Kinobiz” şirkətinin təsisçisi və direktoru Ramil Ələkbərov, eləcə də “Kinobox” platformasının təsisçisi Elvin Abdulla yer alıblar.

Market çərçivəsində nümayəndə heyətinin beynəlxalq tərəfdaşlarla görüşlər keçirməsi, yeni layihələr üzrə əlaqələr qurması və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etməsi nəzərdə tutulur.

Əlaqədar Yazılar