Əsas EKRANDA “AZƏRBAYCAN” KİNOTEATRINDA FRANSA KİNOSU GÜNLƏRİ KEÇİRİLİR

“AZƏRBAYCAN” KİNOTEATRINDA FRANSA KİNOSU GÜNLƏRİ KEÇİRİLİR

by editor

TAMAŞAÇILAR FİLMLƏRİN MÜZAKİRƏSİNƏ DƏ QATILIRLAR

Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakıda “Fransa kinosu günləri” layihəsi start götürüb.

Filmlər Cinemastercard Kinoteatrlar Şəbəkəsinin “Azərbaycan” kinoteatrında nümayiş olunur və hər seansdan sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə müzakirələr təşkil edilir. Tamaşaçılara göstərilən film haqqında  təhlillər təqdim olunur, filmin məzmunu barədə fikir mübadilələri aparılır.

Filmlər Azərbaycan dilində subtitrlərlə təqdim olunur ki, bu da izləyicilərin filmi yaxşı başa düşməsində rahatlıq yaradır. Ona görə də kinosevənlər üçün əla fürsət yaranır: Onlar həm keyfiyyətli film izləyir, həm də dəyərli müzakirələrin bir hissəsi ola bilirlər.

Buyurun, siz də gəlin, əziz oxucular!

Növbəti seanslarımız aşağıdakı tarixlərdə keçiriləcək:

•         29 aprel – Əlvida, uşaqlar (1987), rejissor Lui Mal

•         6 may – Simasız gözlər (1959), rejissor Jorj Franju

Əlaqədar Yazılar