Əsas MEYDANDAYENİ QISAMETRAJLI MELODRAM – “ŞARLOTTA” ÇƏKİLİR

YENİ QISAMETRAJLI MELODRAM – “ŞARLOTTA” ÇƏKİLİR

by editor

Rejissor Əli-Səttar Quliyevin 2026-cı ildə təqdim olunacaq “Şarlottta” adlı qısametrajlı bədii filminin çəkilişləri artıq yekunlaşıb. Melodram janrında olan filmin  ssenari müəllifi Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, rəssamı Səbinə Cəfər, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə rollarda Murad Şükürlü, Şamil Süleymanlı, Əbülfəz İskəndərov, Sara İsmayılova və Rüstəm Babazadə çəkilib.

Yaş həddi 12+ olan film xaricə yola düşməzdən əvvəl pişiyini mehriban əllərə tapşırmağa çalışan gənc oğlan haqqında melanxolik dramdır. Rejissorun sözlərinə görə, bu hekayə onun üçün yalnız bir pişiklə vidalaşmaqdan ibarət deyil. O, bu filmlə insan həyatında ayrılıq anlarının necə dərin iz buraxdığını göstərmək istəyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə və təşkilati dəstəyi ilə çəkilən layihəyə Ultra Production və Cult Baku Mədəniyyət Klubu təşkilati dəstək göstərib. İTV, CNF Production və Narimanfilm də filmə dəstək olub.

Filmin müddəti 13 dəqiqədir və nümayişi Nizami Kino Mərkəzində olacaq.

Qeyd edək ki, Əli-Səttar Quliyev daha əvvəl “Əlvida, Şmidt!”, “Olimpia” və “Stadionlar səssiz olanda” filmlərinin rejissoru olub.

Əlaqədar Yazılar