9
15–22 avqust tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 31-ci Sarayevo Film Festivalı çərçivəsində təşkil olunan “Talents Sarajevo” proqramında rejissor Nərgiz Məmmədlinin “Adsız, Yaddaş” tammetrajlı sənədli film layihəsi “Pack and Pitch” bölməsində təqdim olunub.
Talents Sarajevo, dünyanın müxtəlif ölkələrindən kino sahəsində fəaliyyət göstərən şəxslər – prodüserlər, rejissorlar və montajçılar üçün nəzərdə tutulmuş inkişaf proqramıdır. Onun tərkib hissəsi olan “Pack and Pitch” bölməsi iştirakçıların film ideyalarının inkişafına dəstək göstərir və pitçinq sessiyası ilə yekunlaşır.