10 sentyabr 2025-ci il tarixində Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) baş ofisində “Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin pitçinq mərhələsinə qatılacaq qısametrajlı bədii filmlərin müəllifləri üçün məlumatlandırıcı görüş keçirilib. Görüşdə iştirakçılara təqdimat prosesi, texniki məsələlər barədə ətraflı məlumat verilib həmçinin onların sualları cavablandırılıb. Bu təşəbbüs kinematoqrafçılara öz layihələrini peşəkar şəkildə təqdim etmələri üçün dəstək məqsədi daşıyır.