Əsas ARKA-DABAKIDA 8-Cİ TÜRK FİLM GÜNLƏRİ KEÇİRİLƏCƏK

BAKIDA 8-Cİ TÜRK FİLM GÜNLƏRİ KEÇİRİLƏCƏK

by editor

Sentyabrın 26-dan 30-dək Bakıda 8-ci Türkiyə–Azərbaycan türk film günləri keçiriləcək. Tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan ediləcək. Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyə Prezidentliyi Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olacaq. İlk dəfə Azərbaycana gələcək sənətkar qala mərasimində tamaşaçılarla görüşəcək. Açılışda Hülya Koçyiğitin baş rolu canlandırdığı məşhur “Gəlin” filmi nümayiş olunacaq.

Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılacaq. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşəcəklər.

Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşır. Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.

Kino günləri çərçivəsində tamaşaçılara Türkiyə kino sənətinin seçilmiş nümunələri təqdim olunacaq:

“Gelin” tammetrajlı bədii filmi – 26 sentyabr 20:00

“Narginli Sona” tammetrajlı bədii-sənədli filmi (Azərbaycan-Türkiyə müştərək istehsalı) – 27 sentyabr 20:00

“Rafadan Tayfa” tammetrajlı animasiya filmi – 28, 29 sentyabr 17:00

“Şımarık” tammetrajlı bədii filmi – 28 sentyabr 20:00, 30 sentyabr 17:00

“Aşk Bağları” tammetrajlı bədii filmi – 29 sentyabr 20:00

“Akıldan Kalbe” tammetrajlı bədii filmi – 30 sentyabr 20:00

Əlaqədar Yazılar