Əsas EKRANDAHƏMYERLİMİZİN SSENARİ MÜƏLLİFİ OLDUĞU FİLM İSPANİYADA MÜKAFAT QAZANIB

HƏMYERLİMİZİN SSENARİ MÜƏLLİFİ OLDUĞU FİLM İSPANİYADA MÜKAFAT QAZANIB

by editor

Həmyerlimiz Anar Ömərovun ssenari müəllifi və kreativ prodüseri olduğu “Seçim” filmi Barselonada keçirilən “Sevgi və Ümid Beynəlxalq Film Festivalı”nda (Love & Hope International Film Festival) “Ən yaxşı İspan qısametrajlı filmi” mükafatına layiq görülüb.

12 dəqiqəlik filmin qəhrəmanı tamaşaçıların pərəstiş etdiyi məşhur prima balerinadır. Lakin o, arxa planda ailəsi və sənəti arasında parçalanmış tənhalıqla mübarizə aparır. Film müasir qadınların üzləşdiyi aktual problem – ailə və karyera arasında seçim üzərində qurulub.

İspaniya istehsalı olna filmin rejissoru və operatoru Alisa Selişava, ssenari müəllifi Anar Ömərov, rəssamı Yekaterina Talkovskaya, bəstəkarı Daniel Torea, kreativ prodüseri Anar Ömərov, prodüserləri Alisa Selişava və Yekaterina Talkovskayadır. Filmdə əsas rollarda Lüdmila Xitrova və Denis Nikiti çəkiliblər.

Qeyd edək ki, həmyerlimiz Anar Ömərov çoxsaylı reklamların, sosial layihələrin və tədbirlərn ssenari müəllifi, rejissoru və prodüseridir. 2006-2016-cı illərdə “KVN Planeta Parni iz Baku” Teatrının ssenaristi və aktyoru kimi fəaliyyət göstərib. Rusiyanın CTC (STS) kanalında “6 кадров” (“6 kadr”) şousunun skeç müəllifi, “Уральские пельмени” layihəsinin müəllifi olub. “Əjdaha-insan” (2021, “Dragonman” / Qırğızıstan, Çin, Hindistan) filminin ssenari müəllifi, “Bizi dəfn etməyə tələsməyin” (2024, Rusiya) qısametrajlı filminin rejissoru, ssenari müəllifi və prodüseridir.

Əlaqədar Yazılar