Əsas ARKA-DAİKİ FİLMİMİZ KANN FİLM FESTİVALININ XÜSUSİ PROQRAMINDA

İKİ FİLMİMİZ KANN FİLM FESTİVALININ XÜSUSİ PROQRAMINDA

by editor

“Erkən hisslər” qısametrajlı bədii filmi və “Yulaf dönərgə” qısametrajlı animasiya filmi 79-cu Beynəlxalq Kann Kino Festivalının kino sənayesi hissəsi çərçivəsində gerçəkləşən “SFC | Rendez-vous Industry” proqramına daxil edilib.

SFC | Rendez-vous Industry proqramı qısametrajlı filmlər yaradan müəlliflərə həsr olunub. O, müsabiqədənkənar bölmə kimi, ilk növbədə, müəlliflərlə kino sənayesi nümayəndələri arasında əlaqələrin yaradılmasına xidmət edir. Bu proqramda olmaq film istehsalçıları, prodüserləri üçün beynəlxalq miqyasda yeni imkanlar və fürsətlər təqdim edir.

Məlumat üçün qeyd edək ki, “Erkən hisslər” qısametrajlı bədii filmi Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) dəstəyi ilə “Rental Azərbaycan” tərəfindən istehsal olunub. Filmin rejissoru Nurlan Həsənli, prodüseri Emil Nəcəfovdur və film dünya premyerasını 65-ci Krakov Beynəlxalq Film Festivalında edib.

ARKA tərəfindən post-prodakşn dəstəyi göstərilən, rejissoru İzabela Plucinska olan “Yulaf dönərgə” isə Polşa-Almaniya-Azərbaycan ortaq istehsalıdır və filmin prodüserləri müvafiq olaraq Paulina Ratajczak (“Las Sztuki Foundation”), Karsten Matern (“Wait a Second!”) və Rəşid Ağamalıyevdir (“PERİ FİLM”, ”ANİMAFİLM”). Film dünya premyerasını 30-cu Animak Kataloniya Beynəlxalq Animasiya Film Festivalında edib.

ARKA tərəfindən Nurlan Həsənlinin proqramda iştirakına səfər dəstəyi göstərilib.

Əlaqədar Yazılar