Əsas ELANLARAZƏRBAYCAN KİNOSUNA HƏSR OLUNMUŞ ONLAYN MÜHAZİRƏDƏ İŞTİRAK EDİN!

AZƏRBAYCAN KİNOSUNA HƏSR OLUNMUŞ ONLAYN MÜHAZİRƏDƏ İŞTİRAK EDİN!

by editor

Britaniya Film, Televiziya və Ekran Tədqiqatları Assosiasiyasının “Transmilli ekranlar Xüsusi Maraq Qrupu” tərəfindən Erkən sovet dövrü Azərbaycan kinosuna həsr olunmuş onlayn mühazirə keçiriləcək.

“Xüsusi maraq qrupu”nun keçirdiyi Transimperial kino: Cənubi Qafqazdan Avrasiyaya qədər kino coğrafiyaları silsilə tədbirlərinin növbəti hissəsi Maykl C. Smit tərəfindən təqdim ediləcək. Mühazirənin mövzusu “Milli realizmin ekranlaşdırılması: Erkən sovet illərində Azərbaycan filmləri” olacaq. Mühazirədə imperiya çərçivələri daxilində və ideoloji təzyiqlərə rəğmən Azərbaycan kinosunun formalaşması prosesini və milli kino mədəniyyətinin necə inkişaf etdiyini analiz ediləcək.  23 iyun tarixində Bakı vaxtı ilə 20:00-da olacaq onlayn mühazirəyə “Microsoft teams” üzərindən qoşulmaq mümkün olacaq.

Qeyd edək ki, Maykl C. Smit ABŞ-nin İndiana ştatında yerləşən Perdyu Universitetinin tarixçi professorudur. O, 1991-ci ildə Corctaun Universitetində (Georgetown University) fəlsəfə doktoru (Ph.D.) dərəcəsini alıb və 1996-cı ildən etibarən Perdyu Universitetində Rusiya/Sovet tarixi və Aerokosmik tarix üzrə dərslər deyir.

Professor Smit akademik fəaliyyəti boyunca Azərbaycanın erkən sovet və inqilab dövrü tarixinə xüsusi diqqət ayırıb. Onun Azərbaycanla bağlı ən diqqətçəkən tədqiqatları və məqalələri aşağıdakılardır:

“Sovet Şərqi üçün kino: Erkən Azərbaycan Filmlərində Milli Fakt və İnqilabi fiksiya” (Cinema for the ‘Soviet East’: National Fact and Revolutionary Fiction in Early Azerbaijani Film,):

“Rusiya inqilabı milli inqilab kimi: Müsəlman Azərbaycanda faciəvi ölümlər və xatirə ritualları (1907-1920)” (The Russian Revolution as a National Revolution: Tragic Deaths and Rituals of Remembrance in Muslim Azerbaijan (1907-1920)):

“Rus inqilabında Güc və Zorakılıq: Mart hadisələri və 1918-ci ilin Bakı Kommunası” (Power and Violence in the Russian Revolution: The March Events and Baku Commune of 1918)

Tədbirə qoşulmaq üçün linkə keçid edə bilərsiniz

https://teams.microsoft.com/meet/345687411563332…

Meeting ID: 345 687 411 563 332

Passcode: 9nz35rs3

Əlaqədar Yazılar