Əsas FOTOSESİYAAKİ QISAMETRAJLI FİLMƏ MALİYYƏ DƏSTƏYİ AYIRIB

AKİ QISAMETRAJLI FİLMƏ MALİYYƏ DƏSTƏYİ AYIRIB

by editor

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsinin motivləri əsasında “Namazov” filminin çəkilişləri başa çatıb.

Beş hərbçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film bəşəri ideyalara əsaslanır. Əməliyyat zamanı düşmən uşağını xilas edən Namazov qəhrəmancasına şəhid olur.

Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçirilib.

Filmin ssenari müəllifi və rejissoru AKİ üzvü Xəyal Rzadır. Ekran əsərində komandir obrazını AKi üzvü, Xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandırıb. Filmin bədii rəhbəri AKİ-nin İdarə Heyətinin üzvü, kinorejissor, Xalq aristi Oktay Mir-Qasım, texniki məsləhətçisi tanınmış kinooperator Rafiq Əliyev, quruluşçu operatoru Məmməd Əmindir.

Khayali Media şirkətinin istehsalı olan qısametrajlı bədii filmin hazırda montaj mərhələsi davam edir. Filmin çəkilişlərinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə dəstəyi göstərib..

Əlaqədar Yazılar