Əsas QOVLUQDA KÜR ÇAYI HAQQINDA FİLM ÇƏKİLƏCƏK

KÜR ÇAYI HAQQINDA FİLM ÇƏKİLƏCƏK

by editor

“OD Media & Production” Kür çayı haqqında tammetrajlı sənədli filmin hazırlıqlarına başlayıb. “Kür – çaylar anası” adlanan filmin əsas ideyası keçmişdən bu günə Kür çayının tarixi, mədəni, iqtisadi rolunu ön plana çıxarmaq və bəşəriyyət üçün əhəmiyyətini ifadə etməkdir.

Kür çayı Azərbaycanın ən böyük təbii su mənbəyidir. Bu çay ölkənin su, enerji, qida, sənaye və təbii ehtiyaclarının yarıdan çoxunu təmin edir. Ümumilikdə 1515 km uzunluğu olan çayın 900 km-i Azərbaycan ərazisindən keçir.

Filmin çəkilişləri Kür çayının mənbəyinədn mənsəbinədək – Türkiyə, Gürcüstan və Azərbaycan ərazisində aparılacaq. Kürün keçdiyi coğrafiya, çayətrafı şəhərlər, bu ərazilərdə mövcud olan sosial-iqtisadi, tarixi-mədəni proseslər təsvir olunacaq. Tarix boyu mövcud olmuş böyük mədəniyyətlər əsasən su hövzələrində, xüsusilə də çayların ətrafında formalaşıblar. Kür sadəcə çay deyil, Cənubi Qafqazın “şah damarıdır”.

Mövzu ilə bağlı yerli və əcnəbi mütəxəssislərin müsahibələri filmdə yer alacaq.

Filmdə bədiiləşdirilmiş səhnələrin çəkilməsi və qrafikadan istifadə olunması da nəzərdə tutulub.

Filminm rejissoru Seyran Mahmudoğlu, ssenari müəllifləri Əkbər Nəcəf və Seyran Mahmudoğlu, prodüserləri Fariz Əhmədov və Seyran Mahmudoğludur.

Film Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) keçirdiyi film layihələri müsabiqəsinin 11 qalibindən biridir.

Əlaqədar Yazılar