Əsas QOVLUQDA NURLAN HƏSƏNLİ “HƏVƏSKAR FOTOQRAFIN AİLƏVİ PORTRETİ” FİLMİNİ ÇƏKMƏYƏ HAZIRLAŞIR

NURLAN HƏSƏNLİ “HƏVƏSKAR FOTOQRAFIN AİLƏVİ PORTRETİ” FİLMİNİ ÇƏKMƏYƏ HAZIRLAŞIR

by editor

Rejissor Nurlan Həsənli “IDFA Bertha” Fondundan inkişaf dəstəyi alıb. Fonda müraciət edən 250 layihədən seçilən 12 film arasında “Həvəskar fotoqrafın ailəvi portreti” də yer alıb.

“Həvəskar fotoqrafın ailəvi portreti” tammetrajlı sənədli filmi rejissorun öz ailəsi ilə bir filmi çəkmək prosesini əks etdirir. Rejissor filmini ərsəyə gətirmək üçün ailəsindən kömək istəyir. Onlardan aktyor kimi yararlanmaq niyyətindədir. Çəkiləcək qısa metraj ssenarinin mövzusu isə öz ailə fərdlərini bir yerə yığıb ailəvi şəkil çəkdirməkdir. Amma sənədli filmdən aydın olur ki, hər birinin özünəxas dərdi olan real ailə fərdlərini bir yerə gətirmək daha da çətindir.

Film inkişaf mərhələsindədir. ”B2B Doc”, “CineDoc Tbilisi”, “When East Meet West”, GoEast Şərq-Qərb Talant Laboratoriyası (2024) inkişaf proqramlarına seçilib, Berlin Film Festivalı Avropa Film Marketində (2024) təqdim olunub. Film Azərbaycan və Gürcüstanın ortaq istehsalıdır. Filmin prodüserləri Emil Nəcəfov və İrina Qelaşvili, təsviri rejissoru Natiq Hüsiyevdir.

Əlaqədar Yazılar