Əsas İRİ PLANDAFOTOSESİYA “QAPI” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB + FOTOSESSİYA

“QAPI” FİLMİNİN TƏQDİMATI KEÇİRİLİB + FOTOSESSİYA

by editor

“Alatava” serialının yaradıcılarından rejissor Vüsal Əhmədzadənin ilk tammetrajlı filmi olan “Qapı” filminin qala gecəsi keçirildi. Xronometrajı 105 dəqiqə olan film kriminal tragikomediya janrındadır. Rejissor bildirdi ki, “Tamaşaçılar sona qədər filmi izləsələr maraqlı tvistlərlə qarşılaşacaqlar”. On iki gün ərzində çəkilən filmin idea müəllifi Əlixan Rəcəbov, ssenari müəllifləri Vüsal Əhmədzadə və Emin Əfəndiyevdir. Filmin mövzusuna əsasən imkanlı bir iş adamının evində xadimə işləyən qadın bir gün oradan oğurluq etmək qərarına gəlir. Özünün bu işdə əli olmasını istəməyən qadın işə qardaşı və xalasıoğlunu göndərir. Onlar qapını açıb içəri daxil olanda qapı xarab olur və evin içində qalırlar. Evin 13-cü mərtəbədə olması qaçışın da olmaması deməkdir. Təbii olaraq bundan sonra hadisələr çox həyəcanlı və gözlənilməz istiqamətdə davam edir.

Filmdə əsas rollardan birini ifa edən Taleh Yüzbəyov bildirdi ki, “Bu filmdə oynadığım xarakter mənim karyeramda ilkdir”. Aktrisa Kəmalə Piriyeva da canlandırdığı bu obrazın əvvəlkilərdən tamam fərqləndiyini dedi.

Film yalnız CinemaPlus kinoteatrlarında nümayiş olunacaq.

Filmin adı “Qapı”

Janr: kriminal, tragikomediya

Baş prodüser və quruluşçu rejissor: Vüsal Əhmədzadə

Ssenari müəllifləri: Vüsal Əhmədzadə, Emin Əfəndiyev

Quruluşçu operator: Orxan Məmmədov

Prodüser: İbrahim Heydərov

Baş rollarda: Rafael İsgəndərov, Nurlan Rüstəmov, Kəmalə Piriyeva, Taleh Yüzbəyov, Kamran Ağabalayev, Sənubər İsgəndərli, Zemfira Əbdulsəmədova, Emil Musayev, İlkin Xəlil, Kəmalə Onur

Əlaqədar Yazılar