Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış və mükafatlandırma mərasimi keçirilib.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Mədəniyyət nazirliyinin və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) tədbirinin tərkib hissəsi olaraq baş tutub.
Bakı Beynəlxalq Film Festivalı Nizami Kino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu, “British Council”, Azərbaycan Prodüserlər Gildiyasının dəstəyilə təşkil edilib.
Qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.
TAMMETRAJLI FİLM KATEQORİYASI
“Ən yaxşı təsvir rejissoru” – “Tənha insanın monoloqu” filmi (rejissor Emin Əfəndiyev, təsvir rejissoru Daniel Quliyev),
“Ən yaxşı ssenari” – “Bazar günü” filmi (rejissor Şakir Xolikov / Özbəkistan),
“Ən yaxşı rejissor” – “Rosinante” filmi (rejissor Baran Gündüzalp / Türkiyə),
“Ən yaxşı tammetrajlı film” – “Baurına salu” filmi (rejissor Asxat Kuçinçirekov / Qazaxıstan),
Münsiflər heyətinin xüsusi mükafatı – “Balam” filmi (rejissor İra Bas / Rusiya)
BEYNƏLXALQ MÜSABİQƏ
“Ən yaxşı animasiya filmi” – “Atamın məktubları” (rejissor Aleksey Yevstinqneyev / Fransa),
“Ən yaxşı sənədli film” – “Valeriya” (rejissor Sara Yurinçik / Xorvatiya),
“Ən yaxşı rejissor” – “Çuxur” filmi (rejissorlar Kristian Bekə və Oliver Şvabe / Almaniya),
“Ən yaxşı bədii film” – “Demək olar tamamilə yanlışdır” (rejissor Cansu Baydar / Türkiyə),
Münsiflər heyətinin xüsusi qeydi – “Taksidermist” filmi (rejissorlar Behzad Alavi və Süsən Salamat Çaqoşi / İran) və “Acqarına getməyək” filmi (rejissor Yigit Hepsev / Türkiyə)
“ASİYA İSTEDADLARI” MÜSABİQƏSİ
“Ən yaxşı film” – “Fələstin adaları” (rejissorlar Nur Ben Selem və Jülyen Menantu),
Münsiflərin xüsusi mükafatın – “Bədən alverçisi” (rejissor Alireza Şakeri / İran)
Gənc Kinematoqrafçılar Mərkəzinin mükafatı – “Umeşin xronikası” (rejissor Puca Kaul / Hindistan) və “Səsin arzusu” (rejissor Şinyu Kan / Koreya) filmləri,
Münsiflər heyətinin xüsusi mükafatı – “Baba haqqı” sənədli filmi (rejissor Nicat Qulam)
YERLİ MÜSABİQƏ
“Ən yaxşı sənədli film” – “Babamın evi” (rejissor Leylaxanım Qənbərli),
“Ən yaxşı ssenari” – “Şam bağı” (rejissor İlkin Umarov),
“Ən yaxşı rejissor işi” – “Qırmızı planetin ikinci rəngi” (rejissor Azər Quliyev),
“Ən yaxşı bədii film” – “Quyu” (rejissor Rufat Ray)
Münsiflər heyətinin xüsusi mükafatı: “Qəfəs” filmi (rejissorlar: Murad Allahverdiyev, Ruhulla Rəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, Tural Ələsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova, Sərxan Nəciyev)