Əsas İRİ PLANDAFOTOSESİYA “VƏTƏNDAŞ A” (2024) SERİALININ ÇƏKİLİŞ PROSESİNDƏN FOTOSESSİYA

“VƏTƏNDAŞ A” (2024) SERİALININ ÇƏKİLİŞ PROSESİNDƏN FOTOSESSİYA

by editor

Film vətəndaş kimliyini, bu kimliyin bir cəmiyyətin timsalında təşəkkül prosesini, təhsilin vətəndaş kimliyinin formalaşmasındakı həlledici əhəmiyyətini vurğulayır. Serialın əsas qəhrəmanı Almazdır. O, şəhərdən ucqar kənd məktəbinə təyinat alır. Kəndə gələn Almaz dərs dediyi məktəbdəki qanunsuzluqlarla, özbaşınalıqlarla və qadın hüquqları uğrunda mübarizə aparır.

Serial Cəfər Cabbarlının “Almaz” pyesinin motivləri əsasında çəkilib.

Çəkilişlər Daşkəsən rayonunun Bayan kəndində və Şamaxıda aparılıb.

Filmin prodüseri Sevinc Əliyeva, rejissoru Elvin Rüstəmzadə, opetatory Vasif Vləizadə, əsas rolların ifaçıları: Günəş Mehdizadə, Qurban İsmayılov, Şamil Süleymanlı, Şövqi Hüseynovdur.

SNF şirkətinin istehsalı olan 12 seriyalı “Vətəndaş “A”” İctimai televiziyada nümayiş olunacaq.

Əlaqədar Yazılar