Əsas ARKA-DA2026-CI İL ÜZRƏ “POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLM LAYİHƏLƏRİNƏ DƏSTƏK MÜSABİQƏSİ”NİN QALİBLƏRİ ELAN OLUNDU

2026-CI İL ÜZRƏ “POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLM LAYİHƏLƏRİNƏ DƏSTƏK MÜSABİQƏSİ”NİN QALİBLƏRİ ELAN OLUNDU

by editor

​Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən həyata keçirilən və yerli kino sənayesində böyük maraqla qarşılanan müsabiqənin qiymətləndirmə mərhələsi uğurla başa çatıb. Bədii Keyfiyyətə Nəzarət Komissiyasının rəylərinə əsasən, müsabiqəyə təqdim olunan 38 layihədən 19 film layihəsi qalib adını qazanıb!

​Milli kinematoqrafiyamızın inkişafı, müstəqil prodüser mərkəzləri arasında sağlam rəqabət mühitinin yaradılması və birgə film istehsalı imkanlarının genişləndirilməsi məqsədilə keçirilən müsabiqədə dəstək alacaq 19 layihənin növlər üzrə statistikası belədir:

Qalib filmlərin kateqoriyaları:

Tammetrajlı bədii – 3 film

Qısametrajlı bədii – 3 film

Tammetrajlı bədii-sənədli – 1 film

Qısametrajlı bədii-sənədli – 1 film

Tammetrajlı sənədli – 4 film

Qısametrajlı sənədli – 2 film

Qısametrajlı animasiya – 2 film

Qısametrajlı süni intellekt – 3 film

​Qalib gələn bütün kino şirkətlərini və yaradıcı heyətləri təbrik edir, layihələrini uğurla tamamlayıb ekranlara daşımalarında müvəffəqiyyətlər arzulayırıq!

Əlaqədar Yazılar