Əsas EKRANDA 9 MAYDA “ŞOR BİZNES”İN TƏQDİMATI OLACAQ

9 MAYDA “ŞOR BİZNES”İN TƏQDİMATI OLACAQ

by editor

Rejissor Valeh Əhmədovun yeni filmi olan “Şor biznes” filminin 9 may tarixində qala gecəsi keçiriləcək. Tammetrajlı bədii filmin xronometrajı 85 dəqiqədir. AND prodakşın tərəfindən istehsal olunan film romantik dram janrındadır və baş prodüseri Valeh Əhmədovdur. 

Filmin mövzusuna əsasən, şor satmaqla halal çörəyini qazanan, kənddə öz həyatı olan Qasım gündəmdə qalmaq üçün çalışan, şou biznesin reytinqli müğənnisi Rəna ilə təsadüfən qarşılaşır. Qasım şor satdığı üçün hər dəfə yoldaşı tərəfindən təhqirə məruz qalır. “TikTok”dakı videoları görüb bahalı həyat arzulayan yoldaşı şou biznesdən olan bir nəfərə qoşulub şəhərə qaçır. Konsert üçün kəndə gələn Rəna isə Qasımın başına gələnləri bilir və Qasıma bir təklif edir. Qəhrəmanları birləşdirən oyun həyatlarında çox şeyi dəyişir. Asan saydıqları oyun onları çətin vəziyyətə salır. Günümüzün xəstəliyi: sosial şəbəkə asılılığı, TikTok-da olan mənasız videolar, insanları tanımadan yazılan təhqirlər, bilib-bilmədən müzakirə olunan hadisələr, məşhurluq istəyi, trend davası, xəbər müzakirələri filmin ən aktual mövzularındandır.

Filmin yaradıcı heyəti aşağıdakı kimidir:

İstehsal ili: 2024

İstehsalçı: AND prodakşn

Növ: tammetrajlı bədii film

Janr: Romantik dram

Xronometraj: 85 dəqiqə

Baş prodüser: Valeh Əhmədov

Quruluşçu rejissor: Valeh Əhmədov

Sseanri müəllifləri:Valeh Əhmədov, Failə Nəbiyeva, Könül Ələsova, Elvin Ağayev.

Quruluşcu operator: Emil Qarayev

Rollarda: Elnar Qarayev, Elvina Atakişiyeva, Elvin Ağayev, Cəmilə Tağızadə, Yusif Tarverdiyev, Fərid Hüseynov

Əlaqədar Yazılar