Əsas EKRANDA “APATİYA” FİLMİ TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

“APATİYA” FİLMİ TƏQDİM OLUNDU + FOTOSESSİYA + VİDEO

by editor

9 fevral tarixində Alov Qüllələrində Hikmət Rəhimovun sayca ikinci tammetrajlı filmi olan “Apatiya”nın təqdimatı baş tutdu. Dram janrında olan film sevgisiz böyüyən uşaq, onun valideynləri fonunda cəhalət, psixoloji/fiziki diktə, ailədaxili problemlər və müəmmalı qətl hadisəsi haqqındadır. Filmin rejissoru və ssenari müəllifi Hikmət Rəhimov bildirdi ki, “rejissor görmək istədiyi mövzunu çəkməlidir. Tamaşaçı isə özü seçim etməlidir ki, ona baxsın, yoxsa yox. Hər janrın öz tamaşaçısı var və hər zaman dram çəkməyi düşünməsəm də, bəlkə də üçüncü filmim də dram janrında olacaq”.

Xronometrajı 67 dəqiqə olan filmdə rolları Tural Baxış, Şəhla Əliqızı, Elşən Əsgərov, Məhəmməd Şahməmmədli, Azər Aydəmir, İlqarə Tosova canlandırıb.

Filmin operatoru Həsən Aslanov, rəssamı Mələksima Məmmədova, bəstəkarı Əflatun Abdullayev, montajçısı Ulvi Babayev, səs rejissoru Teymur Kərimovdur.

TƏQDİMAT MƏRASİMİNDƏN VİDEO

Əlaqədar Yazılar