Əsas ÜMUMİ PLANDAFESTİVALLAR TEYMUR QƏMBƏROVUN FİLMİ BEYNƏLXALQ FESTİVALDA

TEYMUR QƏMBƏROVUN FİLMİ BEYNƏLXALQ FESTİVALDA

by editor

Rejissor Teymur Qəmbərovun “İki gün” qısametrajlı filmi 54-cü Tampere Film Festivalının (Finlandiya) beynəlxalq müsabiqə proqramına daxil edilib. Martın 6-dan 10-dək keçiriləcək festivalda beynəlxalq müsabiqə proqramına 48 ölkədən 64 film seçilib.

“Debüt Film” studiyasında çəkilən film 44 günlük Vətən müharibəsi zamanı kiçik bir ailənin həyatından bəhs edir. “İki gün” filmi 2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindəndir.

Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı filmin prodüserləri Orxan Abbasov və Lika Gavrişdir. Filmin musiqisi cazmen, pianoçu, bəstəkar, Xalq artisti Salman Qəmbərova məxsusdur.

Əlaqədar Yazılar