Əsas QOVLUQDA NİCAT DADAŞOV: “ƏLVİDA, NOYABR”I ÇƏKMƏK İSTƏYİRƏM

NİCAT DADAŞOV: “ƏLVİDA, NOYABR”I ÇƏKMƏK İSTƏYİRƏM

by editor

Nicat Dadaşov yerli kino sektorunda məhsuldar olaraq çalışan ssenaristlərdən biridir. 2023-cü ildə “Mən burdayam, İlahi!” filmi ekranlara çıxan ssenarist, prodüser Nicat Dadaşov “Əlvida, noyabr” layihəsi üzərində işə başlamaq istəyir.

Qeyd edək ki, bu layihə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsində iştirak edib. 2022-ci ilin 18 mart tarixində keçirilən pitçinqdə qalib gələn yeddi layihədən biri də Nicat Dadaşovun “Əlvida Noyabr” filmidir. Münsiflər heyətinin yekun rəyi əsasında layihə “ssenarinin inkişafına dəstək” mükafatı əldə edib.

Filmdəki hadisələr İkinci Qarabağ Müharibəsi dövründə cərəyan edir. Saranın sosial şəbəkədə sevgi və evlilik haqqında yazdığı status gənclər arasında müzakirəyə çevrilir. Ona cavab olaraq cəbhə bölgəsindəki bir əsgər müharibə bitdikdən sonra onunla evlənmək istədiyini bildirir. Bu təklif Saranın tənha həyatını tamamilə dəyişir.

90 dəqiqəlik bədii filmin ssenarisini Nicat Dadaşov özü yazıb. Dram və melodram janrında olan filmin prodüserləri Pərviz Məmmədov və Emil Nəcəfovdur. Film “Ultra Production” tərəfindən müsabiqəyə təqdim olunub.

Əlaqədar Yazılar