Əsas ARKA-DA “TƏNHA BİR İNSANIN MONOLOQU” ADLI FİLM ÇƏKİLİR

“TƏNHA BİR İNSANIN MONOLOQU” ADLI FİLM ÇƏKİLİR

by editor

İkinci Qarabağ müharibəsi mövzusunda növbəti film çəkilir. Psixoloji dram janrında olan qısametrajlı film İkinci qarabağ müharibəsi iştirakçısından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Emin Əfəndiyev, operatoru Daniel Quliyev, prodüseri Sərvər Bayramovdur. Filmdə əsas rollarda Mahir Dərviş və Elşən Əsgərov çəkilirlər.

Qeyd edək ki, rejissor Emil Əfəndiyev bir çox uğurlu filmlərin rejissoru, “Alatava” serialının həmmüəlifidir. Operator Daniel Quliyev də həm rejissor, həm də operator kimi fəaliyyət göstərir. O, Almaniyada təsvir həllinə görə mükafat qazanıb.

“Tənha bir insanın monoloqu” filminin tezliklə tamaşaçılara təqdim olunması nəzərdə tutulur.

Məlumat Azərbaycan Respublikası Kino Agentliyinin sosial şəbəkə səhifələrinə istinadən verilir.

Əlaqədar Yazılar