189
”Kinoinfo.az “Film Bridge Azerbaijan” prodakşının şirkətinin təsisçisi, prodüser Emin Quliyev ilə müsahibəni təqdim edir.
– Hazırda hind kinematoqrafçılarla film çəkirsiniz. Onlarla birgə əməkdaşlığı necə qiymətləndirirsiniz?
- Hindlilərlə çalışmaq çox çətindir. Çünki pre-prodakşn deyilən bir şey, ümumiyyətlə yoxdur. Biz hansısa qısametrajlı filmi çəkdikdə bir ay, bir ay yarım hazırlıq dövrü keçirik Burada isə maksimum 5-6 gün vaxtın var, amma görüləcək işlərin həcmi böyükdür. Hazırda çəkilən film ekşn janrındadır. Təhlükəli səhnələr, maşın səhnələri, aktyorlar çoxdur. Çox çətindir, amma, maraqlıdır.
– Daha öncə hindlilərlə birgə əməkdaşlığınız olubmu?
- Bəli, bu film Hindistanla 35, ya da 36-cı layihədir. Bundan başqa Pakistan, Almanya və Fransa ilə əməkdaşlığımız olub.
– Gələcək planlarınız nədir?
- Əgər Hindistandan danışırıqsa, plan Hindistanın meqa ulduzlarını, “Bollivud”u bura cəlb etməkdir. Bundan başqa, təbii ki, hər adam istəyir ki, Hollywood ulduzlarıyla əməkdaşlıq etsin. Yəqin ki, hələ tezdir, amma, ümid edirik ki, buna da nail olarıq.
– Başqa ölkələrdən çəkiliş qruplarını cəlb etmək üçün nə lazımdır?
- Azərbaycanda demək olar ki, bunun üçün hər şey var. Bir az avadanlıq problemi var, amma məkanlarımız gözəldir, yetərincə təcrübəli işçi heyətimiz var. Xarici filmlərdə çətinliklər çox olsa da, onları bura cəlb etmək üçün hər bir şəraitimiz var.
– Yerli mütəxəssislərimizi işə cəlb edəndə onların qonorar və məvaciblərini yerli bazarın tarifləri ilə, yoxsa həmin ölkələrin tarifləriylə verirsiniz?
- Yerli bazarın tarifləriylə qonorar mümkünatı yoxdur, çünki burada həm iş çoxdur, həm templəri bizim tempimiz kimi deyil. Təbii ki, onların qonorarları da ondan asılıdır və yüksəkdir.
– Necə bir filmə prodüserlik etmək istəyərdiniz?
- Hansısa böyük büdcəli Amerika filminin prodüserliyini etmək istərdim.
– Vaxt ayırdığınz üçün təşəkkür edirəm.
– Çox sağ olun. Mən sizə təşəkkür edirəm.