Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı.
Cari ilin may ayında ARKA post-prodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşdı. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən layihələrdən 6-a dövlət dəstəyi verilməsi qərara alınıb. Qeyd edək ki, ölkədə ilk dəfədir post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə il boyu müsabiqələr keçirməyə davam edəcək.
POST-PRODAKŞN MƏRHƏLƏSİNDƏ OLAN FİLMLƏRƏ DƏSTƏK MÜSABİQƏSİ
QALİBLƏRİN SİYAHISI
N | LAYİHƏNİN ADI | KATEQORİYA | ŞİRKƏT | REJİSSOR | MƏBLƏĞ |
1 | Yaddaş sarayları | qısametrajlı sənədli film | “Rental Azərbaycan” MMC | Mətləb Muxtar | 11.550 |
2 | Geri dönüş | tammetrajlı sənədli film | “Karvan Production” MMC | Elməddin Alıyev | 19.948 |
3 | Səssiz zaman | tammetrajlı bədii film | “Nova Gorica Kino Mərkəzi” MMC | Tahir Tahiroviç | 29.900 |
4 | Qara pişik, ağ şanı | tammetrajlı sənədli film | “Chinar Film” MMC | Ələmdar Faiq | 17.640 |
5 | Tərsinə kölgələr | qısametrajlı bədii film | “Chinar Film” MMC | Hacıbala Səfərov | 12.075 |
6 | Sən haralısan, durna? | tammetrajlı bədii-sənədli film | “Bumeranqfilm” MMC | İlkin Yusif | 20.000 |
CƏMİ | 111.113 |