Əsas ARKA-DA “ORİONDAN SEVGİLƏRLƏ”NİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATIB

“ORİONDAN SEVGİLƏRLƏ”NİN ÇƏKİLİŞLƏRİ BAŞA ÇATIB

by editor

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən keçirilən film layihələri müsabiqəsində qalib gələn layihələrdən biri də  “Oriondan sevgilərlə” qısametrajlı bədii filmi idi. Filmin çəkilişləri artıq tamamlanıb. “Rog VFX Studio”nun istehsalı olan film fantastik dram janrındadır.

Festivallarda nümayişi nəzərdə tutulan filmin baş prodüseri Rafiq Hacıyev, icraçı prodüseri Hüseyn Quliyev, rejissoru Rafiq Hacıyev, ssenari müəllifləri Rafiq Hacıyev və Kənan Yusifov, operatoru Vasif Vəlizadə, rəssamı Səbuhi Atababayev, bəstəkarı Ramin Alidir.

Film dağ başında yaşayan çobanın qızının naməlum şəkildə itkin düşməsindən bəhs edir. Çoban 15 il ərzində onun qızını yadplanetlilərin apardığını zənn edib buna inanır. O, bir daxma tikərək oradan yadplanetlilərə siqnal göndərir. Bu yolla yadplanetlilərin onu eşidəcəyinə və qızını geri qaytaracaqlarına ümid edir.

Məlumat üçün onu da qeyd edək ki, çəkilişləri Bakı şəhərində və Astara rayonu ərazisində gerçəkləşdirilən filmin 2024-cü ilin sonuna kimi təhvil verilməsi və kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır. Rolları aktyorlar Rasim Cəfər, Nurlan Süleymanov, Kəmalə Onur, Dəniz Tacəddin, Emil Musayev ifa edirlər.

Film 6+ yaş həddi auditoriya üçün nəzərdə tutulub.

Əlaqədar Yazılar